Tovuz Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Bozalqanlı kənd orta məktəbində məktəblilərin mənfi hallardan və neqativ təsirlərdən qorumaq məqsədilə maarifləndirici tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə rayonun təhsil müəssisələrinin rəhbərləri və pedaqoji heyət iştirak ediblər.
Tovuz RPŞ-nin rəisi, polis polkovniki Habil Əmiraslanov çıxış edərək yeniyetmələr arasında hüquq maarifçiliyinin gücləndirilməsi, məsuliyyət hissinin formalaşdırılması və təhsil müəssisələrində sağlam mənəvi mühitin qorunması istiqamətində görülən işlər barədə geniş məlumat verib.
Polkovnik qeyd edib ki, belə tədbirlər şagirdlərdə düzgün davranış vərdişlərinin aşılanması, valideyn-məktəb-polis əməkdaşlığının daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir zamanı həmçinin müəllim və məktəb rəhbərləri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, yeniyetmələr arasında mənfi təsirlərin qarşısının alınması istiqamətində birgə fəaliyyətin vacibliyi vurğulanıb.
