Şəmkirdə mikroavtobusun vuraraq öldürdüyü şəxsin adı məlum olub.
"Unikal"ın məlumatına görə, ölən şəxs 1988-ci il təvəllüdlü V.Əlizadədir.
***09:45
Şəmkirdə naməlum piyadanı vuran avtomobilin sürücüsünün kimliyi məlum olub.
"Unikal"ın məlumatına görə, rayonunun Təzəkənd kənd sakini, 1982-ci il təvəllüdlü Yavər Hacılı idarə etdiyi "Mercedes Benz Vito" markalı avtomobillə piyadanı vurub. Piyada hadisə yerində ölüb. Hazırda ölən piyadanın kimliyi dəqiqləşdirilir.
Qeyd edək ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonunun Çaparlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
***
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hərəkətdə olan "Mercedes Vito" markalı avtomobil orta yaşlı kişini vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hazırda onun kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
