Almaniyanın Hamburq şəhərində xəstəxana yanıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, gecə saatlaırnda baş vermiş yanğında 3 xəstə ölüb, 50-dən çox şəxs yaralanıb. Onlardan 16-sı ağır, 36-sı isə yüngül xəsarət alıb. Xəstəxananın bir hissəsi təxliyə edilməli olub. Yaralılara ya xəstəxananın özündə, ya da yaxınlıqdakı klinikalarda tibbi yardım göstərilib.
Marienkrankenhaus xəstəxanasında baş verən yanğın binanın 1-ci mərtəbəsindəki qocalar palatasının otaqlarından birində baş verib və bir mərtəbə yuxarıdakı fasada keçib. Tüstü binanın dörd mərtəbəsinə yayılıb.
Yanğının nədən baş verdiyi hələlik məlum deyil.
Yanğın təxminən 20 dəqiqəyə söndürülüb.





.jpg)



















































