Bakıda qadın itkin düşüb.
Unikal.org-un xəbərinə görə, hadisə fevralın 18-də, saat 14 radələrində Qaradağ rayonu, “Sədərək” Ticarət Mərkəzində qeydə alınıb.
Belə ki, Salyan rayon sakini, 1988-ci il təvəllüdlü A.Qarakişiyeva “Sədərək” Ticarət Mərkəzində itkin düşüb.
Daha sonra onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Qarakişiyeva müəyyən olunaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.













.jpeg)









.jpg)








.jpeg)



.jpg)

.jpg)









.jpg)


.jpg)

.jpg)



