Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu təbii fəlakət, fövqəladə vəziyyət və ya əvvəlcədən planlaşdırılmayan logistika əməliyyatları zamanı pilotsuz uçuş aparatlarının (PUA) uçuş-enməsi və parklanması məqsədilə ölkənin yol infrastrukturunun təkmilləşdiriləcəyini bildirib.
"Unikal" xəbər verir ki, nazir PUA-lar üçün, ümumilikdə, 9562 yararlı yol sahəsinin müəyyənləşdirildiyini qeyd edib.
“İlkin mərhələdə 52 yol sahəsi PUA-lar tərəfindən istifadə oluna biləcək. “AKINCI” və “Bayraktar TB2” PUA-ları test mərhələsində Manisa-Balıkesir avtomobil yoluna uçuş-enmə həyata keçiriblər”, - deyə Ə.Uraloğlu bildirib.
Onun sözlərinə görə, Türkiyənin nəqliyyat infrastrukturunun fövqəladə hallara hazırlığı istiqamətində addımlar bundan sonra da davam etdiriləcək.









.jpg)







.jpeg)



.jpg)

.jpg)









.jpg)


.jpg)

.jpg)



.jpg)
.jpg)


.jpg)



.jpg)





