“Mercedes-Benz” Almaniyadakı istehsal müəssisələrinə yeni investisiyaları dayandırıb. Şirkət bəzi zavodların fəaliyyətinə xitam verilməsi ehtimalını da müzakirə edir.

"Unikal" xəbər verir ki, qərarın əsas səbəbi Almaniyada istehsal xərclərinin yüksək olması və əməkhaqqı ilə bağlı həmkarlar ittifaqları ilə razılığın əldə edilməməsidir.

Şirkət rəhbərliyi bildirir ki, mövcud vəziyyət dəyişməzsə, Almaniyadakı iki zavodun bağlanması gündəmə gələ bilər.

Qeyd edək ki, Almaniya avtomobil sənayesi artan rəqabət və istehsal xərcləri səbəbindən çətin dövr yaşayır. “Volkswagen” də ölkədə bir sıra müəssisələrin bağlanmasını və iş yerlərinin ixtisarını nəzərdə tutan planlar hazırlayıb.

Proqnozlara əsasən, 2030-cu ilədək Almaniyanın avtomobil sənayesində 200 minədək iş yeri ixtisar oluna bilər.