FIFA-nın Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venger qurumun prezidenti Canni İnfantinoya qarşı seçkilərdə namizədliyini irəli sürmək variantını nəzərdən keçirsə də, yekunda yarışa qatılmamaq qərarına gəlib.
"Unikal" "BBC Sport"a istinadən xəbər verir ki, bir müddətdir namizədliyi gündəmdə olan 76 yaşlı fransız futbol mütəxəssisi qarşıdakı prezident seçkilərində mübarizə aparmayacaq.
Vengerin seçkilərə qatılacağı təqdirdə, İnfantinoya qarşı müxalifətə rəhbərlik edən UEFA-nın da tam dəstəyini alacağı gözlənilirdi.
Xatırladaq ki, İnfantinonun Dünya Çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planının ciddi narazılıq yaratması onun FIFA prezidenti postundakı mövqeyini müzakirə obyektinə çevirmişdi.
Həmin planın ləğvindən sonra UEFA İnfantinoya qarşı alternativ namizəd tapmaq üçün fəaliyyətini davam etdirirdi.



.jpeg)








.jpg)








.jpeg)



.jpg)

.jpg)









.jpg)


.jpg)

.jpg)



.jpg)
.jpg)


.jpg)



.jpg)

