Moskva meri Sergey Sobyanin paytaxta doğru uçan daha 10 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, o bildirib ki, dronların qalıqlarının düşdüyü ərazilərə operativ xidmət əməkdaşları cəlb olunub.

Beləliklə, noyabrın 15-də axşam saatlarında Moskvaya hücum edən PUA-ların sayı 14-ə çatıb.

Təhlükəsizlik tədbirləri ilə əlaqədar Moskvanın Vnukovo hava limanı uçuşları razılaşdırılmış qaydada həyata keçirməyə başlayıb. Bu səbəbdən bəzi reyslərin cədvəlində dəyişikliklər mümkündür.