“SpaceX” şirkətinin Starship kosmik gəmisi Yer ətrafında 22,5 saatlıq uçuşunu başa vuraraq Texas ştatındakı Starbase kosmodromuna qayıdıb.
"Unikal" xəbər verir ki, tarixi hadisə zamanı gəmi ilk dəfə buraxılış qülləsinin nəhəng mexaniki qolları vasitəsilə havada tutulub. Bununla da kosmik gəminin orbitdən geri qaytarılması və yenidən istifadəsi istiqamətində mühüm mərhələ qeydə alınıb.
Uçuş zamanı Starship orbitə 26 Starlink peyki də yerləşdirib. Lakin missiyanın bütün mərhələləri uğurlu olmayıb. Super Heavy adlı birinci pillənin geri qayıdaraq qüllə tərəfindən tutulması cəhdi yanacaqla bağlı problem səbəbindən dayandırılıb və gücləndirici Meksika körfəzinə yönəldilib.
Bu sınaq “SpaceX”in tam təkrar istifadə edilə bilən kosmik nəqliyyat sistemi yaratmaq məqsədinə doğru mühüm addım hesab olunur.













.jpeg)









.jpg)








.jpeg)



.jpg)

.jpg)









.jpg)


.jpg)

.jpg)


