Bərdə rayonunda "Amminal" partlayıcı vasitəsi partlayıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Arabaçılar kəndində qeydə alınıb.
Belə ki, partlayıcı vasitə olan "Amminal" ehtiyatsız davranma nəticəsində gəncin (şəxsiyyəti müəyyənləşdirilir -red) əlində partlayıb. Nəticədə o və həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "Aminal" partlayıcı vasitədir. Ondan qanunsuz ov zamanı istifadə olunur.



























.jpg)
.jpg)
























