Ağdaş rayonunda yol qəzası baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Nəticədə 1968-ci il təvəllüdlü Etibar Yusibov, 1972-ci il təvəllüdlü Muradxan Hüseynov, 1967-ci il təvəllüdlü Muxtar Abışov və 1971-ci il təvəllüdlü Şəmsəddin Şahbazov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb və vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.





.jpg)
.jpg)
.jpg)



.jpg)
.jpg)


.jpg)



.jpg)






.jpg)






























