Qazaxıstanda Aktau dəniz limanının giriş dəmir yolu xəttində yerləşən keçiddə “MAZ” markalı yük avtomobili teplovozla toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

"Unikal" xəbər verir ki, hadisə noyabrın 2-də mühafizə olunmayan və tənzimlənməyən dəmir yolu keçidində baş verib.

Yük avtomobilinin sürücüsü təxminən 5 kilometr/saat sürətlə vaqonsuz hərəkət edən teplovoza yol verməyib. Toqquşma nəticəsində lokomotivə ciddi texniki ziyan dəyib.

İlkin məlumatlara görə, yol-nəqliyyat hadisəsinə sürücünün yol hərəkəti qaydalarını pozması səbəb olub. Hadisə barədə nəqliyyat polisinə məlumat verilib.