Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.
"Unikal" xəbər verir ki, iclasda ilk olaraq Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi müzakirə edilib.
Müzakirə zamanı qeyd olunub ki, Rəy dövlət büdcəsi haqqında Qanun layihəsinin və onunla birlikdə təqdim edilmiş aidiyyəti sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğunun, nəzərdə tutulmuş dövlət büdcəsinin gəlirləri və xərclərinin, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyünün və tamlığının qiymətləndirilməsini əhatə edir.
Kollegiya iclasında Rəydə təqdim olunan əsas nəticələr və tövsiyələr ətraflı müzakirə edilib, müvafiq məsələlər üzrə fikir mübadiləsi aparılıb. Yekunda Rəyin təsdiq olunaraq Azərbaycan Respublikası Milli Məclisinə təqdim edilməsi barədə qərar qəbul edilib.
Daha sonra iclasda Dövlət sosial müdafiə fondunun 2027-ci il üçün büdcə layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi müzakirə olunub.
Həmin Rəy üzrə aparılmış təhlillərin nəticələri və irəli sürülmüş tövsiyələr Kollegiya üzvlərinin müzakirəsinə çıxarılıb. Yekunda Rəyin təsdiq edilməsi və Milli Məclisə göndərilməsi ilə bağlı qərar verilib.
















.jpg)









.png)
















