Bu gün bəzi media orqanlarında yayılan "Ceyranbatan gölündən meyit tapıldı" məzmunlu heç bir rəsmi mənbəyə istinad olunmayan məlumat ictimaiyyətə yanlış təqdim olunub.

"Unikal" xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatının Mətbuat xidməti məlumat yayıb. 

 Məlumatda qeyd olunur ki, "Ceyranbatan Su Təchizatı İdarəsi su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Ramazanov Mahir Tofiq oğlu iş otağında qəfil dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanı və təcili tibbi yardım briqadasının əməkdaşları idarəyə dəvət olunublar. İlkin tibbi rəyə görə Mahir Ramazanov ürəktutma səbəbindən dünyasını dəyişib. Allah rəhmət etsin.

Hörmətli media və sosial şəbəkə hesabları təmsilçiləri, İri Şəhərlərin Su Təchizatı ilə bağlı hər hansl informasiyanı yaymadan öncə qurumun mətbuat xidməti ilə dəqiqləşdirmənizi xahiş edirik".