Media və Yayım Şurasının təşəbbüsü ilə 2026-cı ilin noyabr ayını əhatə edən “Rəqəmsal Media Ayı” çərçivəsində tədbirlərə başlanılıb.
Şuradan "Unikal"a verilən məlumata görə, təşəbbüsün əsas məqsədi cəmiyyətdə media savadlılığının artırılması, müasir informasiya mühitinə dair bilik və bacarıqların təkmilləşdirilməsi, etibarlı məzmun yaradılmasının təşviqi, eləcə də gənclərin bu sahədə peşəkar inkişafına dəstək göstərilməsidir. “Rəqəmsal Media Ayı” yeni texnologiyaların yaratdığı imkanlar barədə məlumatlılığın artırılmasına, bu imkanlardan səmərəli istifadəyə və rəqəmsal platformalarda təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə də xidmət edir.
Təşəbbüs çərçivəsində təşkil olunan təlim proqramının ilk günü rəqəmsal media trendləri, platforma alqoritmləri, şəxsi brendin formalaşdırılması və auditoriya ilə qarşılıqlı əlaqənin qurulması mövzularına həsr olunub.
Qeyd edək ki, noyabr ayı ərzində müxtəlif hədəf qrupları üçün maarifləndirmə və inkişaf proqramlarının, praktiki təlimlərin, seminarların, şəbəkələşmə görüşlərinin və media kampaniyalarının təşkili nəzərdə tutulur. Proqram çərçivəsində rəqəmsal media trendləri, sosial media platformalarının fəaliyyət prinsipləri, məzmun strategiyalarının hazırlanması, süni intellekt texnologiyalarının tətbiqi, informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə kimi aktual mövzulara xüsusi diqqət yetiriləcək.



.jpg)



.jpeg)


.jpg)

.jpg)




















.jpg)










.png)




