Rusiya Prezidenti Vladimir Putin və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Mohsen Rezayi arasında telefon danışığı olub.

"Unikal" “Fars”a istinadən xəbər verir ki, tərəflər Yaxın Şərq başda olmaqla, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Putin və Rezayi strateji əməkdaşlığın iki ölkə arasında əldə olunan yol xəritəsinə uyğun olaraq davam etdirilməsinin vacibliyini vurğulayıblar.