Dünyada öldürülən jurnalistlərin sayı 2024-2025-ci illərlə müqayisədə 20% artaraq 189-a çatıb.
"Unikal" xəbər verir ki, bu barədə məlumat UNESCO-nun hesabatında qeyd olunub.
Bildirilir ki, 2024-2025-ci illər arasında media nümayəndələrinin və kontent yaradıcılarının qətlə yetirilməsi hallarının sayı 2014-2015-ci illərdən bəri ən yüksək olub.
Sənəddə deyilir ki, təkcə ötən il son səkkiz ildə digər illərdən daha çox jurnalist öldürülüb. Bu ölümlərin əksəriyyəti silahlı münaqişələrdə, o cümlədən pilotsuz təyyarələrin hücumlarında baş verib.
Ən çox jurnalist ölümü ərəb ölkələrində, eləcə də Latın Amerikası və Karib dənizi ölkələrində qeydə alınıb: orada müvafiq olaraq 97 və 37 media nümayəndəsi öldürülüb.
UNESCO-nun məlumatlarına görə, son iki ildə ən çox jurnalist Fələstində öldürülüb - ən azı 62 media işçisi.
Sənəddə həmçinin vurğulanır ki, son iki ildə Ukraynada 12, Rusiyada isə iki jurnalist həlak olub.












.jpg)










.png)






















