Belçikanın Baş naziri Bart De Vever krallığın 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarının uğursuzluğundan sonra istefa ərizəsini krala təqdim edib.
"Unikal" xəbər verir ki, bu barədə Kral sarayının verdiyi açıqlamada bildirilir.
Bir qayda olaraq, monarx hökumət başçısının ilk istefasını rədd edir və ona danışıqlara yenidən cəhd etməyi tapşırır. Çox vaxt siyasi böhran təhlükəsi altında partiyalar əksəriyyəti yeni seçkilərin keçirilməsinin siyasi cəhətdən onlar üçün daha faydalı olduğunu düşünmədikdə güzəştə gedirlər.
Hazırda Belçika hökuməti artan hərbi xərclərin qarşısında illik büdcəsində 10 milyard avro çatışmazlığı yaşayır və bu da ya sosial xərclərin azaldılmasını, ya da vergi və rüsumların artırılmasını tələb edir.
Belçikanın dövlət borcu 2025-ci ildə 735 milyard avroya və ya ÜDM-in 110%-nə çatıb. Bu, görünməmiş dərəcədə yüksək səviyyədir və De Vever onun daha da artmasının qarşısını almaq, yəni büdcə kəsirini yeni borclanmalarla örtməkdən yayınmaq üçün hər cür səy göstərir.
Ağarza Elçinoğlu
















.jpg)










.png)















