Roma prokurorluğu şair və rejissor Pyer Paolo Pazolininin qətli ilə bağlı yeni cinayət işi açıb.

"Unikal" xəbər verir ki, yeni iş prokuror müavini Silvia Santuççiyə tapşırılıb. Cinayət işi bir neçə həftə əvvəl vəkil Stefano Makçoni tərəfindən prokurorluğa təqdim edilmiş ərizə əsasında açılıb.

"Yeni ərizə müdafiə tərəfinin topladığı yeni elementlərə əsaslanır. Ümid edirik ki, Roma prokurorluğu nəhayət illərdir axtardığımız cavabları verə biləcək və eyni zamanda, indiyə qədər bildikləri barədə susmağa üstünlük verən hər kəsi irəli çıxmağa və danışmağa çağırırıq", - Makçoni bildirib.

Pazolini 1975-ci il noyabrın 1-dən 2-nə keçən gecə İtaliya paytaxtının ətrafındakı Ostiyadakı İdroskalo çimərliyində öldürülüb.