"Rusiya Arktika ilə bağlı dialoqa açıqdır, lakin Aİ buna qarşı çıxır".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın Aİ-nin Şimal Dəniz Yolu uğrunda Rusiya və Çinlə rəqabət aparmaq planları ilə bağlı açıqlamasına münasibət bildirərkən bildirib.
Kremlin sözçüsü vurğulayıb ki, "Rusiya bu dialoqa açıqdır. Lakin xanım Kallas özü dəfələrlə hər hansı bir dialoqa qarşı olduğunu bildirib".
















































