Ölkə daxilində kütləvi iğtişaşlara çevrilən etirazlardan sonra Fransa hakimiyyəti 123 nəfəri həbs edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bunu  Fransanın ədliyyə naziri Cerald Darman bildirib.  

Nazirin sözlərinə görə, "123 nəfər ya müvəqqəti saxlama yerində, ya da həbs qərarı əsasında həbsxanaya salınıb".

Fransada etirazlar sentyabrın ortalarında Paris ətrafındakı küçələrə çıxan lisey şagirdləri daha yaxşı məktəblər tələb etməklə başlayıb. Daha sonra ölkə daxilində qiymətlərin artmasından narazı olanlar da onlara qoşulub və etirazlar digər bölgələrə də yayılıb. 

Ən böyük ölkə miqyaslı nümayiş 17 oktyabrda baş tutub və iğtişaşlara və qırğınlara çevrilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, təxminən 550.000 insan iştirak edib. Etirazlar zamanı  mağazaları talan olunub, pəncərələri sındırılıb və xüsusilə Paris və Marseldə lüks brend butikləri də daxil olmaqla mallar oğurlanıb.