Azərbaycandan Rusiya istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb.

Bu barədə "Unikal"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.