Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrə əsasən, Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmiş üzvü, tanınmış hakim Mansur İbayevin oğludur.
Qeyd edək ki, M.İbayev 1964-cü ildən məhkəmə orqanlarında işləməyə başlayıb.
Qubadlı, Ağdaş, Göyçay rayonlarında məhkəmə sədri, 1976-cı ildən 2000-ci ilə qədər Ali Məhkəmənin üzvü, 2000-ci ildən 2012-ci ilə kimi Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi, eyni zamanda Məhkəmə-Hüquq Şurasının və Mərkəzi Seçki Komissiyasının üzvü vəzifələrində işləyib. O, bir sıra səs-küylü cinayətlərlə bağlı məhkəmə proseslərinə hakimlik edib.
Mansur İbayev 14 avqust 2024-cü ildə vəfat edib.
Seymur Əli

























.png)
























