"Ukraynadakı münaqişənin həlli ilə bağlı Osloda görüş keçiriləcək. Sözügedən toplantıda ABŞ Prezidentinin Volodimir Zelenskiyə (Ukrayna Prezidenti, - red) Donbasın qalan hissəsini təslim etməsi tələbi çatdırılacaq".
"Unikal" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb.
Vaşinqton və Kiyev arasındakı münasibətlərdə gərginlik fonunda məqalədə qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın ukraynalı həmkarına qarşı "hörmətsizliyi" və Rusiya lideri Vladimir Putinə "heyranlığı" "heç də yeni deyil" .
NYT-nin məlumatına görə, vəziyyət "Trampın Zelenskiyə qarşı razılaşma əldə etmək əzminin artması sayəsində" daha da pisləşib. ABŞ Ukrayna prezidentinə Donbasın Ukrayna tərəfindən işğal edilmiş hissəsinə qalmağın "dəyməz" olduğunu demək niyyətindədir.
"Birləşmiş Ştatlar bu mesajı çərşənbə axşamı Osloda cənab Zelenskiyə çatdıracaq. Orada cənab Trampın xüsusi elçisi Stiv Vitkov və kürəkəni Cared Kuşnerin Ukrayna prezidenti ilə görüşməsi gözlənilir", - nəşr mənbələrə istindən yazıb.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında müharibə 24 fevral 2022-ci il tarixində başlayıb və hazırda davam edir. Sözügedən ərazi isə Şərqi Avropada, əsasən Ukraynanın şərqində yerləşən tarixi, mədəni və sənaye bölgəsidir.
Gülayə Mecid










.png)







































