Tehranın tranzit qaydalarını pozan neft tankeri Hörmüz boğazında minaya düşüb, hadisə nəticəsində ölənlər var. 

"Unikal" "Fars" agentliyinə istinadən xəbər verir ki,  bu barədə məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) təsdiqləyib. 

İİKK-nın məlumatına görə, gəmi boğazdan keçərkən avtomatik identifikasiya sistemini söndürüb və bununla da İranın tranzit qaydalarını pozub.

İran mediası dünən Hörmüz boğazının cənub hissəsində tankerin minaya düşməsi ilə bağlı daha bir hadisə barədə məlumat yayıb. SEPAH naviqasiya və identifikasiya sistemlərinin bağlanmasının Hörmüz boğazı və Fars körfəzindən keçən gəmilərə qarşı sərt və qətiyyətli tədbirlər üçün əsas hesab ediləcəyini vurğulayıb.