Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından bir aylıq diskvalifikasiya olunması xəbərindən sonra sosial media hesabında paylaşım edib.

"Unikal" xəbər verir ki, o, paylaşımında "Çox çalışıram" yazıb. 

Qeyd edək ki, Ronaldo Portuqaliya milli komandasından özbaşına ayrıldığına görə 225 avro cərimə olunub. O həmçinin bir ay müddətinə Portuqaliya millisində oynamaqdan da məhrum edilib.