Qazaxıstanda narkotikə görə həbsdə olan “Navai” ləqəbli azərbaycanlı reper Nəvai Bəkirov barəsində yeni qərar verilib.

"Unikal" xəbər verir ki, sənətçi girov qarşılığında sərbəst buraxılıb.

Narkotik vasitələrin qaçaqmalçılığı ilə bağlı cinayət işi bağlanmayıb. Bildirilir ki, Nəvaiyə ölkədən çıxmamaq barədə iltizam da verilməyib və o, artıq Rusiyaya uçur.

Qeyd edək ki, oktyabrın 14-də Qazaxıstana giriş zamanı reperin olduğu avtomobildə narkotik maddə aşkarlanıb. Barəsində iki ay müddətinə həbs qərarı çıxarılan reper məhbuslara qarşı işgəncə və qəddar rəftar halları ilə gündəmə gələn təcridxanaya yerləşdirilmişdi.