Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mexanika və informasiya texnologiyaları fakültəsinin 845A1 qrup tələbəsi, İnnovativ biznes inkubator şöbəsinin aktiv üzvü Akif Kərimov komanda yoldaşları ilə birlikdə “Replit Hackathon 2” müsabiqəsində iştirak edərək universitetimizi uğurla təmsil edib və I yerə layiq görülüb.
"Unikal" xəbər verir ki, komanda müsabiqə çərçivəsində 3D dizayn prosesindən birbaşa rəqəmsal satınalmaya keçidi təmin edən “Struktur” adlı süni intellekt platforması ilə uğur qazanıb.
Qeyd edək ki, bu kimi nailiyyətlər AzMİU tələbələrinin innovativ düşüncə tərzinin, texnoloji biliklərinin və praktiki bacarıqlarının real layihələr üzərində tətbiqi potensialını göstərir.


























.png)























