Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, obyektiv yanaşılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq Goranboy rayonunda vətəndaşların səyyar qəbulları davam etdirilir.

"Unikal" xəbər verir ki, bu məqsədlə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Qaradağlı kəndində səyyar qəbul keçirib. 

Qəbul zamanı sakinlərin müraciətləri dinlənilərək, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib. 

Görüşdə, Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”dan irəli gələn vəzifələr, əhalinin məşğulluğunun artırılması, sosial infrastrukturun yaxşılaşdırılması, və digər sosial əhəmiyyətli məsələlərə toxunuldu.