“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununa çıxıb.

"Unikal" xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi komanda Bakıda Almaniyanın “Borussiya” (Dortmund) klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Əlincə Stadionunda keçirilən matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Sabah”ın U-19 komandası bundan əvvəl 1-ci turda İngiltərədə “Mançester Yunayted”ə 0:5, 2-ci turda Bakıda Çexiyanın “Slaviya” komandasına 0:3 hesabı ilə uduzub.