Məşhur müğənni Rafet El Roman Ədirnədə doğulduğu evi ziyarət edib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, illər sonra evinə gedən müğənno oradan çəkilmiş şəkilləri izləyiciləri ilə paylaşıb. Ədirnənin Havsa rayonunda yerləşən ev hazırda xarabalığa çevrilib. Məşhur müğənni valideynlərindən miras qaldığı və 3-4 akr torpaq sahəsində yerləşən evlə bağlı qərarını da açıqlayıb:
"Əziz musiqisevərlər, hekayəmin başladığı yerdəyik: Havsa, Ədirnə... Mən 1968-ci ildə bu evdə anadan olmuşam. Yadımda qalan qədəri ilə burada başqa bir otaq var idi. İllər keçdi və hər şey söküldü. Bu, anamdan və atamdan miras qaldığım təxminən 3-4 akr torpaq sahəsidir”.
Evi orijinal formasına uyğunlaşdırmaq üçün yenidən tikəcəyini deyən Rafet El Roman, "Məni sevən və xatırlayanlar, xahiş edirəm buradan keçəndə gəlin, çünki qapım həmişə pərəstişkarlarım üçün açıq olacaq. Bu qapı, mən burada olsam da, olmasam da, hər kəs üçün açıq qalacaq", - ifadə edib.
Gülayə Mecid


















































