Hazırda ölkə üzrə əkilən torpaqların təxminən 11 faizində müasir suvarma sistemləri tətbiq olunur.
"Unikal" xəbər verir ki, bunu III Beynəlxalq Aqrar İnnovasiya Forumunda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin müavini İlham Bayramov deyib.
O qeyd edib ki, digər ərazilərdə də müasir və ağıllı suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi və bu göstəricinin artırılması həm Kənd Təsərrüfatı Nazirliyinin, həm də ADSEA-nın qarşısında duran əsas hədəflərdən biridir.
“Ölkədə su ehtiyyatlarının səmərəli istifadə edilməsi çox strateji məsələdir, eyni zamanda, dayanıqlı su təminatı kənd təsərrüfatı sahəsinin vacib tərkib hissəsidir. Ölkə üzrə 14 hidropost quraşdılıb və bu da bizə hidroçayların səviyyələrinin onlayn rejimdə izləməyə imkan yaradır. Artıq 1 milyon 955 mindən çox abonentin su istehlakı üzrə məlumatları toplanıb. Hazırda “Elektron su təsərrüfatı” informasiya sistemi (ESTİS) formalaşdırılır. Gələcəkdə ESTİS-in və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) inteqrasiyası nəzərdə tutulur. Artıq qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir”, - deyə ADSEA-nın sədr müavini bildirib.

















.png)




.jpg)








.jpg)







.jpg)










