Amerika məhkəməsi maliyyəçi Ceffri Epşteynin yazdığı iddia edilən intihar məktubunu dərc edib.

"Unikal" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb. 

Məktub Epşteynin kamera yoldaşı, dörd nəfəri öldürməkdə ittiham olunan keçmiş polis məmuru Nikolas Tartalyone tərəfindən aşkarlanıb. Tartalyone, Epşteynin intihar cəhdindən sonra qeydi bir kitabda tapdığını və vəkillərinə ötürdüyünü bildirib. 

Məktub aylarla davam edən, nəticəsiz istintaqla bağlı şikayətlə başlayır. Daha sonra "vidalaşmaq üçün vaxt seçmək" ehtimalından bəhs olunur. Mətn "Əyləncəli deyil - buna dəyməz" ifadəsi ilə yekunlaşır.

Məqalədə qeyd olunur ki, qəzet onun məxfiliyini açmaq üçün ərizə təqdim edənə qədər memorandum uzun müddət dərc olunmayıb. Yalnız bundan sonra  Nyu-Yorkun Uayt Pleyns şəhərindəki Federal Rayon Məhkəməsi memorandumun dərc olunmasını əmr edib.

“The New York Times” qəzeti qeydin həqiqiliyinə dair hələlik heç bir təsdiqin olmadığını vurğulayır.

Gülayə Mecid