ABŞ-də 68 yaşlı qadının dərisi qəbul etdiyi antibiotikdən sonra sürətlə qaralmağa başlayıb.
"Unikal" xəbər verir ki, qeyri-adi tibbi hadisə "The New England Journal of Medicine" jurnalında dərc olunub.
Məlumata görə, qadının əvvəlcə ayaqlarında iri göy-qara ləkələr yaranıb. Daha sonra qəribə piqmentasiya qollara və hətta dilinə yayılıb. Həkimlər bunun səbəbinin qadına təyin olunan “Minosiklin” antibiotiki olduğunu açıqlayıblar. Bu preparat adətən üz dərisinin xroniki iltihabı olan rozasea xəstəliyinin müalicəsində istifadə edilir.
Müayinələr zamanı pasiyentdə nadir dərman hiperpigmentasiyası aşkarlanıb. Nəticədə dərisi boz-mavi və demək olar ki, qara rəng almağa başlayıb. Həkimləri ən çox təəccübləndirən isə reaksiyanın çox qısa müddətdə - cəmi iki həftəyə inkişaf etməsi olub. Çünki belə hallar adətən aylarla davam edən müalicədən sonra ortaya çıxır.
Mütəxəssislərin sözlərinə görə, “Minosiklin” orqanizmdə tünd piqment birləşmələri yarada bilir. Bu maddələr dəmir və melaninlə birləşərək toxumalarda toplanır və dərinin içəridən qaralmasına səbəb olur.
Həkimlər dərmanın qəbulunu dərhal dayandırıblar və qadına günəş şüalarından uzaq durmağı tövsiyə ediblər. Lakin altı ay keçməsinə baxmayaraq, ləkələr tam yox olmayıb, sadəcə bir qədər solğunlaşıb. Bildirilir ki, bəzi hallarda bu cür piqmentasiya illərlə, hətta ömürlük qala bilər.


















.png)




.jpg)








.jpg)







.jpg)









