Gəncədə 15 yaşlı yeniyetmə oğlan bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Sevinc qəsəbəsində baş verib.

Belə ki, şəhər sakini, 2011-ci il təvəllüdü V.B. bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralıya dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Tural Əhmədov