Türk musiqisinin unudulmaz adlarından biri olan Barış Mançonun səhnə dostu, zərb alətləri ifaçısı Hüseyn Cebeci Bodrumdakı evində ölü tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
O, ov tüfəngi ilə vurulmuş vəziyyətdə tapılıb. Cebecinin ölümü ilə bağlı istintaq başladılıb. Bunun intihar, yoxsa qətl olduğu Məhkəmə Tibbi Ekspertizası İnstitutunun cavabından sonra müəyyən ediləcək.
Qeyd edək ki, Hüseyn Cebeci Barış Manço tərəfindən 1972-ci ildə qurulan və ömrünün sonuna qədər birlikdə çalışdığı "Kurtalan Ekspres" musiqi qrupunun üzvü idi.
Ağarza Elçinoğlu

















.png)



.jpg)








.jpg)







.jpg)











