Bakıda qadın gözəllik salonunda tanışını öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə məhkəmə davam etdirilib.
"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə Nemət Nəcəfov dindirilib.
Bildirib ki, o, hadisə günü təqsirləndirilən şəxsin əlində bıçaq görməyib:
"Mən hadisənin baş verdiyi gözəllik salonun sahibiyəm. Hadisədən bir gün qabaq onun əlində mismar görmüşəm. Deyirdi ki, bu mismarla onun gözünü çıxaracam".
Məhkəmənin növbəti iclası mayın 14-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci il noyabrında paytaxtın Nizami rayonu ərazisində yerləşən gözəllik salonunda baş verib.
Məlumata görə, 39 yaşlı Samir Həsənov həmin salonda çalışan, tanışı - 30 yaşlı Cahan Çələbiyevaya şəxsi münasibətlər zəminində kəsici alətlə xəsarətlər yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən S.Hasanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Qadın kafi vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Samir Həsənova qarşı 29,120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu





















.jpg)








.jpg)







.jpg)











