Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edib.
"Unikal" xəbər verir ki, əvvəlcə Fəxri xiyabanda Ulu Öndərin xatirəsi yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.
Mərkəzdə iştirakçılara müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib.
İştirakçılar mərkəzdəki Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən sənədlər, eləcə də eksponatlarla tanış olublar, həmçinin “Azərbaycan inciləri: tarixin axarında” sərgisinə baxış keçiriblər.
Sonda xatirə fotosu çəkdirilib.


















.png)




.jpg)








.jpg)







.jpg)










