Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Girdəni kəndi ərazisində yerləşən çayxanaların birində qeydə alınıb.
Belə ki, kənd sakini 42 yaşlı Eldəniz Hüseynov, 1990-cı il təvəllüdlü Samik Qadir oğlu Bayramova bıçaqla xəsarət yetirib.
Yaralı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev
