Biləsuvar rayonunda 56 yaşlı kişi bıçaq xəsarəti alıb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində baş verib.
Belə ki, Yardımlı rayon sakini 1970-ci il təvəllüdlü Ağayev Balahəsən Ağahüseyn oğlu bıçaqlanma xəsarəti ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisənin başvermə səbəbləri hələlik tam məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Xəlil Əliyev
