Ağdaşda yük maşını qəza törədib, yaralanan var.
"Unikal"ın məlumatına görə, hadisə Ağdaş-Qəbələ avtomagistralında, Türyançay qəsəbəsi yaxınlığında baş verib. İdarəetmədən çıxan kiçik tutumlu yük maşını yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı xəsarət alan rayon sakini - sürücü Seyfəddin Məmmədov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
