İranın Cənubi Afrikadakı səfirliyi ABŞ prezidenti Donald Trampı sosial mediada istehza ilə hədəfə alıb.
"Unikal" xəbər verir ki, İran səfirliyi "X" hesabında Trampın bir fotosunu paylaşaraq “Pirat, yoxsa Prezident?” ifadəsini yazıb.
Paylaşım Trampın İran limanlarına tətbiq edilən dəniz blokadası ilə bağlı “pirat kimi davranış” ittihamları fonunda edilib.
Səfirlik Trampı lağa qoymaq üçün “Prezident” və “Pirat” sözlərinin oxşarlığından istifadə edib.
