"Sportinq" baş məşqçi Rui Borgesin müqaviləsini uzadıb.

"Unikal" xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub. 

Qeyd edək ki, 44 yaşlı portuqaliyalı mütəxəssis 2024-cü ilin dekabr ayından Lissabon klubunu çalışdırır. Ötən mövsüm Borgesin rəhbərliyi altında komanda "qızıl dubl"a imza atıb.

Bu mövsüm isə "Sportinq" Portuqaliya çempionatında "Porto" və "Benfika"dan sonra üçüncü yerdədir.