Mərakeşdə iki amerikalı hərbçi itkin düşüb.

"Unikal" xəbər verir ki, hadisə 2 may 2026-cı ildə baş verib.

Komandanın açıqlamasına görə, hərbçilər "Afrika Aslanı 2026" təlimində iştirak edirdilər. Onlar Tan-Tan şəhəri yaxınlığında yerləşən Kap Draa təlim zonası yaxınlığında itkin düşüblər.

Axtarış əməliyyatları davam edir. Hadisə ilə bağlı əlavə məlumat yoxdur.