Livanın "Hizbullah" hərəkatı atəşkəs üçün beş şərt irəli sürüb.

"Unikal" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

İran agentliyi bildirib ki, "Livanda bəziləri ABŞ-yə etibar etmək tələsinə düşüblər: onlar Vaşinqtona gedib İsrail səfiri ilə görüşüblər, bundan sonra Tramp atəşkəs elan edib, lakin bu, indiyə qədər tətbiq olunmayıb".

Məlumata görə, hərəkatın atəşkəs üçün beş şərti var:

• heç bir şərt qoyulmadan hücumun dayandırılması,

• İsrailin tam və qeyd-şərtsiz geri çəkilməsi: "heç bir qırmızı xətlə və ya digər məhdudiyyətlərlə razılaşmayacağıq"

• məcburi köçkünlərin öz evlərinə qayıtması,

• hərbi əsirlərin qaytarılması,

• Viran qalmış bölgələrin bərpası.