İspaniyada hərbçilər 600.000 avro dəyərində döyüş maşınını hündürlükdən yerə atıblar.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə NATO təlimləri zamanı baş verib.

Belə ki, hərbçilər İspaniya Silahlı Qüvvələrinə məxsus URO VAMTAC SUV-nu 300 metr hündürlükdən yerə salıblar. Təxminən 600.000 avro (1 191 300 AZN) dəyərində olan döyüş maşını təyyarədən paraşütlə endirilib. Zirehli  maşının rahatlıqla yerə endirilməsi düşünülsə də, gözlənilməz hadisə baş verib. 

Texnika yerə çırpılaraq tam yararsız vəziyyətə düşüb. 

Gülayə Mecid