Xəbər verdiyimiz kimi, Qazax rayonunun Daşsalahlı kəndində 18 yaşlı A.Quliyeva yaşadığı evin hamam otağında dəm qazından boğularaq dünyasını dəyişib.
"Unikal" "Gencexeber.az"a istinadən gənc qızın fotosunu təqdim edir:
*** 22:39
Qazaxda dəm qazından ölüm qeydə alınıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Daşsalahlı kəndində baş verib. Belə ki, kənd sakini - 2008-ci il təvəllüdlü A.Quliyeva yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, gənc qız bir müddət əvvəl nişanlanıbmış.
Tural Əhmədov
