“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin fevral ayında 874 mindən çox sərnişin daşıyıb.

ADY-dən "Unikal"a bildirilib ki, bu göstərici keçən ilin müvafiq dövrünün nəticələrini 25 faiz üstələyib.