Narkotik kartelləri ilə davam edən döyüşlər fonunda Meksika prezidenti Klaudiya Şeynbaum yeni bir açıqlama verib.

"Unikal"ın məlumatına görə, o, 2026-cı il Dünya Kuboku qonaqlarına ölkədəki təhlükəsizliklərinin təmin olunduğunu və heç bir təhlükə altında olmadıqlarını əmin edib.

Şeynbaum mətbuat konfransında bildirib ki, "Tam zəmanət verilir, heç bir təhlükə yoxdur".