İranın İsfahan əyalətinin Xomeyni Şəhr əyalətinin Darçeh rayonunda baş verən helikopter qəzasında dörd nəfər həlak olub.

"Unikal" xəbər verir ki, hadisə Darçehdəki yerli topdansatış meyvə-tərəvəz bazarında baş verib.

Helikopter orduya məxsus olub və hadisə zamanı təlim məqsədləri üçün istifadə edilib.

*** 11:15

Xəbər verdiyimiz kimi, İranın İsfahan şəhərindəki Darçeh Xomeyni bölgəsində helikopter qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

Hadisə nəticəsində pilot və köməkçi pilot həlak olublar. 

***10:47

İranın İsfahan şəhərində helikopter qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. 

Helikopter Darçeh Xomeyni bölgəsindəki Meyvə-Tərəvəz Bazarı kompleksi ərazisində qəzaya uğrayıb. 

Digər təfərrüatlar açıqlanmayıb. 

Ağarza Elçinoğlu